Yuxarı

“Formula” başladı, bu yollar tam bağlandı – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Formula” başladı, bu yollar tam bağlandı – Siyahı

Bu gündən – 13 sentyabr tarixindən “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” start götürüb.

Axar.az xəbər verir ki, Bakı şəhər trekində keçirilən və əsas yarışları 15 sentyabrda baş tutacaq Qran Pri ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra əsas yollarında hərəkət tamamilə məhdudlaşdırılıb.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir.

Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” verilir.

Qoyulan məhdudiyyətlər sentyabrın 17-ə kimi davam edəcək.

Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə “Formula 1” Azərbaycan Qran Prisi baş tutub.

Tarix
2024.09.13 / 12:08
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla