Yuxarı

Palata Bulvar İdarəsi ilə bağlı Prokurorluğa müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata Bulvar İdarəsi ilə bağlı Prokurorluğa müraciət etdi

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

Axar.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, keçirilmiş uyğunluq auditi ilə 47,9 milyon manat maliyyə vəsaiti olmaqla 2021-2023-cü illər əhatə edilib. Audit dövlət büdcəsinin vəsaitləri hesabına dövlət sifarişi üzrə öhdəliklərin yerinə yetirilməsinin, dövlət satınalmalarının planlaşdırılması və icrasının, eyni zamanda dövlət əmlakının qorunub saxlanılmasının, idarə edilməsinin və uçotunun aparılmasının bütün əhəmiyyətli aspektlər baxımından audit meyarlarına uyğun olmaması və uyğunsuzluqların əsasən yayılan olması, eləcə də idarəetmə qərarlarının dövlət resurslarından qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir çox hallarda cavab verməməsi və cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə bağlı mənfi rəyin verilməsi ilə nəticələnib.

Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə də dövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə, habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Tarix
2024.09.13 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla