Yuxarı

Quskanın keçmiş vəkili məhkəmə zalında həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quskanın keçmiş vəkili məhkəmə zalında həbs edildi

Keçmiş vəkil Ruhid Rəşid oğlu Əkbərovun Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsxanada olarkən öz məhkum yoldaşından onun məhkəmə işini həll etmək üçün 53 min manat pul alıb. Ancaq vədinə əməl etməyib. Hakim Azad Məcidov məhkəmə istintaqını yekunlaşdıraraq hökmü elan edib və Ruhid Əkbərov məhkəmə zalında həbs edilərək 6 il 4 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Ruhid Rəşid oğlu Əkbərov bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.

Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb. O, Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.

Tarix
2024.09.18 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla