Yuxarı

İnsan alveri qurbanları ödənişsiz təhsil alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan alveri qurbanları ödənişsiz təhsil alacaq

İnsan alverinin qurbanı olmuş uşaqların sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirəcək.

"Axa.az" xəbər verir ki, tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı mərkəzi icra hakimiyyəti orqanı ilə birgə təşkil ediləcək.

Bununla bağlı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilən "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında müvafiq bənd yer alıb.

2014-2016-cı illəri əhatə edən Tədbirlər Planında sözügedən uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, onların və ailələrinin problemlərinin öyrənilməsi, onlara lazımi dəstəyin göstərilməsi, qeyd olunan sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin diqqətinin insan alverinin qurbanı olmuş uşaqlara yönəldilməsi və s. istqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.

Tarix
2014.02.14 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla