Yuxarı

Lənkəranskinin kassiri tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranskinin kassiri tutuldu

Rusiyanın Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı Mail Əliyev adlı azərbaycanlı saxlanılıb.

Lent.az-ın məlumatına görə, Əliyevin üzərindən 4,5 milyon rubl (təxminən 105 min manat) pul götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, onun üstündəki pullar Yekaterinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasından yığılmış və qara kassaya çatacaq pullar imiş.

Xatırladaq ki, bir neçə gün əvvəl adıçəkilən şəhərdə yerli OMON-un restoranların birində keçirdiyi əməliyyat zamanı 200-dək azərbaycanlı saxlanılmışdı. Həmyerlilərimizin yığışdığı restoranda şəhərdəki iri ticarət obyektlərinə "smotryayuşi" seçilməliydi. Bu məqsədlə hətta tanınmış qanuni oğru Rövşən Lənkəranski Merab Suxumski adlı avtoriteti Yekaterinburqa göndərmişdi. Amma OMON-un qəfil hücumu yeni "smotryayuşi" Ağayar Ağayevin təyinatına mane olmuşdu.

Yerli KİV-lərin yazdığına görə, əslində bu pullar "obşak" üçün yığılmış vəsait olub.

Yerli diaspor liderlərindən olan Şahin Şıxlınsiknin məlumatına görə, o, Mail Əliyev adlı hansısa iş adamını tanımır. "Ola bilər ki, xırda ticarətlə məşğul olur. Bunu deyə bilmərəm. Amma üzdə olan iş adamlarından olsaydı, tanıyardım".

Başqa bir məlumata görə isə, Əliyev Lənkəranskiyə yaxın kriminal qruplaşmanın Ural regionundakı "kassiri" kimi tanınır.

Tarix
2016.04.12 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla