Yuxarı

Nazirlik və SOCAR tədbir keçirdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik və SOCAR tədbir keçirdi – Foto

Bu gün İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən Axar.az-a daxil olan məlumata görə, tədbirdə maşınqayırma, metallurgiya, tikinti, elektrik avadanlıqları və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın müəssisənin nümayəndəsi iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyri-neft sektorunun inkişafında yeni mexanizmlərin tətbiqinin - sənaye zonaları, park və məhəllələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, "Dövlət satınalmaları haqqında" qanuna edilmiş bir sıra dəyişikliklər nəticəsində tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılıb.

SOCAR-ın vitse-prezidenti David Məmmədov şirkətdə aparılan yenidənqurma və modernizasiya işləri barədə məlumat verib.

Tədbirdə həmçinin, bir çox şirkətin direktor və nümayəndələri də iştirak ediblər.

Tarix
2016.04.12 / 17:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla