Yuxarı

Bakıda məşhur klinikada ölüm: həkim səhlənkarlığı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özəl klinikaların birində cərrahi əməliyyat olunan 67 yaşlı kişi bir neçə saat sonra həyatını itirib.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, iki gün əvvəl Şirvan Seyidəli oğlu Bayramov aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə "Baku City Hospital"a (Bakı Siti Hospital) yerləşdirilib. Elə həmin gün xəstəyə Angioplastika əməliyyatı icra olunub.

Həyat yoldaşı Tamella Bayramova bildirib ki, bir gün sonra onlara Şirvan Bayramovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat verilib. Ailə hospitala çatdıqda onun keçindiyini bildiriblər.

T.Bayramova iddia edir ki, 10 gündən sonra özünü gümrah hiss edən Şirvan Bayramov həkimin təkidi ilə ikinci əməliyyata cəlb olunub. Onun sözlərinə görə, həyat yoldaşı ikinci əməliyyatdan əvvəl yenidən müayinə olunmayıb. Buna görə də ailəsi iddia edir ki, ölümün səbəbi həkim səhlənkarlığının nəticəsidir.

Məsələ ilə bağlı "Baku City Hospital"dan bildirilib ki, cərrah Ruslan Əliyev iclasda olduğu üçün danışa bilməyəcək. O da vurğulanıb ki, Şirvan Bayramovun ölüm səbəbi əməliyyatdan sonra ürək ritminin bərpa edilə bilməməsi olub.

Baş Prokurorluqdan isə bildirilib ki, ailəsi Şirvan Bayramovun ölümü ilə bağlı prokurorluq orqanlarına müraciət etməyib.

Tarix
2024.09.27 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Köçəryanın kitabında Qarabağ detalı: 1997-ci il sentyabrında...

Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi

Demarkasiyanın növbəti mərhələsi ilə bağlı qərar… - Qriqoryan

Azərbaycan məni niyə həbs etmədi? - Şahramanyan

Ərdoğanın Zəngəzur təklifinə Paşinyanın cavabı...

İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri...

Paşinyanın sülh adına imzalamaq istədiyi sənəd budur

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla