Yuxarı

Jurnalistin qızı bağçada yıxılaraq ölməyib - Yeni detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:25

AzTV-nin əməkdaşı Həmid Əsədzadənin azyaşlı övladı bağçada yıxılaraq dünyasını dəyişib.

Axar.az xəbər verir ki, azyaşlının ölümü ilə bağlı məlumatı jurnalist Turan Etibaroğlu paylaşıb.

Məlumata görə, hadisə özəl bağçalardan birində baş verib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.

***

Bizim.media-nın məlumatına görə, hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.

Qeyd olunub ki, uşağın ürəyində hər hansı problemin olması ilə bağlı məlumatlar yalandır.

Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.

Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb.

Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb.

Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

Araşdırma aparılır.

Tarix
2024.09.27 / 12:59
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Köçəryanın kitabında Qarabağ detalı: 1997-ci il sentyabrında...

Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi

Demarkasiyanın növbəti mərhələsi ilə bağlı qərar… - Qriqoryan

Azərbaycan məni niyə həbs etmədi? - Şahramanyan

Ərdoğanın Zəngəzur təklifinə Paşinyanın cavabı...

İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri...

Paşinyanın sülh adına imzalamaq istədiyi sənəd budur

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla