Yuxarı

Bu yolda da avtobus zolağı çəkildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin Şəhər şosesində avtobus zolağı təşkil edib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1 600-dən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərrnişin daşınır.

"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.

Tarix
2024.09.27 / 12:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var - Paşinyan

Köçəryanın kitabında Qarabağ detalı: 1997-ci il sentyabrında...

Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi

Demarkasiyanın növbəti mərhələsi ilə bağlı qərar… - Qriqoryan

Azərbaycan məni niyə həbs etmədi? - Şahramanyan

Ərdoğanın Zəngəzur təklifinə Paşinyanın cavabı...

İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri...

Paşinyanın sülh adına imzalamaq istədiyi sənəd budur

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla