Yuxarı

AZAL beynəlxalq reyslərə 29% endirim təklif edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, “Turist olmağın vaxtıdır!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29% endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il, uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il.

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir: “Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!”.

Tarix
2024.09.29 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB Bakını şərləyir: Ermənistandakı hərbi planları...

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış etdi

Gözlər Tehranda: İranın cavabı necə olacaq?

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla