Yuxarı

İranın hava məkanı bağlandı: Təyyarələr Bakıya eniş edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın hava məkanı bağlandı: Təyyarələr Bakıya eniş edir

İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbi ilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Bakı aeroportundan Axar.az-a bildirilib ki, Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boinq 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə Qətər Hava Yolları aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boinq 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən “Airbus A-380” kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.

Tarix
2024.10.01 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla