Yuxarı

Gömrükdə külli miqdarda siqaret saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə külli miqdarda siqaret saxlanıldı

Biləsuvar Gömrük darəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusunda yoxlanılarkən iki ədəd rəsm tablosu və iki ədəd suvenir qabın içərisində yad predmetlərin olduğu görünüb.

Axar.az xəbər verir ki, sorğu-sual zamanı həmin vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin təkrar baxış nəticəsində vətəndaşa məxsus iki ədəd rəsm tablosunun arasında 1100 ədəd, iki ədəd suvenir qabın içərisində isə 400 ədəd olmaqla, cəmi 1500 ədəd "Amor" markalı siqaretlər aşkaredilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.04.14 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla