Yuxarı

Xəzər dənizi ilə bağlı işçi qrupu yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər dənizi ilə bağlı işçi qrupu yaradıldı

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup yaradıblar.

Axar.az bu barədə Rusiya hökumətinə istinadən xəbər verir.

“Birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqlərləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar atılacaq”, - məlumatda qeyd olunur.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun həmsədrləri təyin ediliblər.

Rusiya hökumətinin məlumatına görə, 2024-cü il avqustun 19-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Xəzər dənizinin dayazlaşdırılması ilə qrup yaradılması barədə qərar qəbul olunub.

2024-cü il sentyabrın 17-də Rusiyavə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, Baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması ilə bağlı problemləri, gələcək ssenarilərin işlənib hazırlanması variantlarını nəzərdən keçiriblər, səviyyə dəyişiklikləri və işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Tarix
2024.10.03 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla