Yuxarı

Leysan Lənkəranda problem yaratdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leysan Lənkəranda problem yaratdı - Foto

Bu gün axşam saatlarında Lerik rayonu ərazisində yağan güclü leysan nəticəsində Lənkəran-Lerik yolunun bir neçə istiqamətində nəqliyyatın hərəkətinə maneələr yaranıb.

Report xəbər verir ki, dağlardan və yarğanlardan axan sel suları özü ilə birlikdə odun parçaları və palçıq qatı gətirərək yolda maneələrin ortaya çıxmasına səbəb olub. Ən son məlumata görə, çaylarda sululuq maksimum dərəcədə artıb.

Çay kənarında salınan istirahət mərkəzlərinə ciddi ziyan dəydiyi bildirilir. Sel suları bir neçə taxtadan olan katecləri (istirahət evini) dağıdıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Vizəzəmin, Çinqədulan, Züvüc, Əliabad, Nüvədi, Noda və daha bir neçə kəndlərdə yol infrastrukturuna, körpülərə və fərdi təsərrüfatlara ziyan dəydiyini təsdiqləyib. O, mal-qara arasında da tələfatın olduğunu bildirib.

Tarix
2016.04.16 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla