Yuxarı

Hacıqabulda 500-dən çox ev su altında qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıqabulda 500-dən çox ev su altında qaldı

Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Report-a Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.

Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-in əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel sularının çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.

“Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkiləcək və insanlar yenidən normal həyata qayıdacaqlar”, - icra başçısı bildirib.

Tarix
2024.10.13 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla