Yuxarı

Lənkəranda ağır qəza: Piyada vuruldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda ağır qəza: Piyada vuruldu

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnmiş yol-qəza hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsinin 1-ci mikrorayon yaşayış massivindən keçən hissəsində baş verib.

VAZ-21011 markalı, 42 BC 861 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinin 41 yaşlı sakini Emin Nəcəfov müayinə olunaraq kəllə beyin travması, baş və üz nahiyələrinin əzilməsi diaqnozu ilə travmatologiya şöbəsinə qəbul olunub.

Onun yaraları tikilib. Adı hələlik məlum olmayan sürücünün izahatı alınmaqdan ötrü polis bölməsinə aparılıb. Sürücü piyadanın yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin ötməsini gözləmədən yola çıxdığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.04.16 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla