Yuxarı

Azərbaycan Rusiyada bu siyahıya daxil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiyada bu siyahıya daxil edildi

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə ölkələr siyahısına daxil olub.

Axar.az xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə birlikdə 2025-ci il üçün turizm potensialının inkişafında hədəf ölkələri müəyyən edib. Soçidə keçirilən birinci beynəlxalq aviasiya və turizm forumunun platformasında çıxış edən SAM Beynəlxalq Turizmin İnkişafı Mərkəzinin direktoru Yuliya Maksutova bildirib ki, sıralamada Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Özbəkistan və başqalarının adı var.

O əlavə edib ki, 2024-cü ildə Rusiya Federasiyasında ərəb turistlərin sayında artım müşahidə olunur.

Qeyd edək ki, oktyabrın 25-də Moskvada Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin, Moskva meriyasının, turizm sektorunun aparıcı şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Tarix
2024.10.15 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla