Yuxarı

Nazirlik işçilərin 734 minini ödətdirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik işçilərin 734 minini ödətdirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Xidmət tərəfindən vətəndaşların aidiyyəti müraciətlərinə əsasən, görülən tədbirlər nəticəsində 733876 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Qeyd olunan məbləğin 97 faizə qədərini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.

Bununla yanaşı, yanvar-mart aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.

Tarix
2016.04.19 / 16:30
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla