Yuxarı

Qatar yoluna çıxan 2 nəfər öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatar yoluna çıxan 2 nəfər öldü

Elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfəri vurub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından bildirilib.

"Dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib", - məlumatda deyilir.

ADY çağırış edərək, dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edib.

Tarix
2024.10.30 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla