Yuxarı

Bakıda atışma: Güllə ABŞ səfirliyinin maşınına dəydi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda atışma: Güllə ABŞ səfirliyinin maşınına dəydi

Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş vermiş atışma zamanı güllə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına dəyib.

Axar.az xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə Səbayel Rayon Polis İdarəsindən məlumat verilib.

ABŞ səfirliyindən də haqqın.az-a faktı təsdiqləyiblər.

"Cənab Hoqan avtomobildə olmayıb və hadisə zamanı səfirliyin heç bir əməkdaşı zərər çəkməyib", - səfirlikdən bildirilib.

Qeyd edək ki, bu gecə "Bulaq" restoranında atışma baş verib. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

Tarix
2016.04.22 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla