Yuxarı

Ermənilər Azərbaycana mina göndərir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Azərbaycana mina göndərir

Ağdamda piyada əleyhinə mina tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Əfətli kəndi ərazisindən keçən Qarqar çayının sahilindən 3 ədəd "PME-3" markalı piyada əleyhinə mina tapılıb və bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat verilib.

Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub.

ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov APA-ya bildirib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb:

"Tapılan minalar Rusiya istehsalı olan "PM" piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. İlkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir".

Tarix
2016.04.22 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla