Yuxarı

Mobil telefonlar səhhət üçün tam təhlükəsizdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil telefonlar səhhət üçün tam təhlükəsizdir

Mobil telefonlar insanın səhhətinə təsir eləmir. Məlumatına görə, belə bir nəticəyə İngiltərə alimləri 11 illik təhqiqatdan sonra gəliblər.

Araşdırmalar həmçinin, baza stansiyasının buraxdığı şüaların hamiləlik dövründə bətndəki uşaqların qan xəstəliyinə səbəb ola biləcəyini sübut edəcək heç bir dəlil aşkarlamayıb.

Proqramın rəhbəri, professor Devid Koqqon deyib: "11 il öncə, araşdırmalar təzə-təzə başlayanda mobil telefonların orqanizmə mümkün təsirləri ilə bağlı alimlərin təsəvvürləri müxtəlif, hətta bir-birinə diametral zidd idi. İndi isə tam müstəqil olan araşdırma çoxillik mübahisələrə müəyyən nöqtə qoyub. Və biz mobil telefonun və ya baza stansiyasının yaydığı radiodalğaların insan orqanizmi üçün risk yaratdığına dair heç bir dəlil tapmamışıq".

Koqqonun nəticələri mobil texnologiyaların xərçəng əmələ gətirmədiyi və sağlamlığa ziyan vurmadığı barədə 2012-ci ildə aparılmış araşdırmaların nəticələrini bir daha təsdiqləyib.

Təhqiqatlara 13,6 milyon funt xərclənib ("Musavat.com").

Tarix
2014.02.16 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla