Yuxarı

Azərbaycanda cinsi tarazlıq pozulur - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda cinsi tarazlıq pozulur - Statistika

Azərbaycanda son illərdə bir il ərzində qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur.

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

Z.Eminovun bildirdiyinə görə, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində qadınların nisbi üstünlüyü həmişə çox olub: "Indi də vəziyyət belədir. Amma əhalinin tərkibində olan bu fərq getdikcə azalır. Son vaxtlarda da bu azalma daha sürətlə baş verir".

Alim qeyd edib ki, son 6-7 ildə - təxminən 2000-ci ilin ortalarından sonra doğulan uşaqlar arasında oğlanların say üstünlüyü artıb: "Bu isə o deməkdir ki, əhalinin cins tərkibi pozulur. Ola bilər ki, indi bu, özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına catanda problem müəyyən qədər özünü göstərəcək".

Z.Eminov deyib ki, əhalinin cins tərkibində müəyyən qədər tarazlıq olmalıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir ( Trend ).

Tarix
2014.02.16 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla