Yuxarı

Yol polisindən sürücülərə çağırış: Bunlara əməl edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə çağırış: Bunlara əməl edin!

Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

Müraciətdə qeyd olunur ki, hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur:

"Bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır".

Tarix
2024.11.09 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla