Yuxarı

Xəzərdə yanan Rusiya gəmisi Bakıya gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə yanan Rusiya gəmisi Bakıya gətirilir

Xəzər dənizində yanan Rusiyaya məxsus gəmi Bakıya gətirilir.

Axar.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi" QSC birgə məlumat yayıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "LİUTOGA" gəmiləri Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.

Qeyd edək ki, bu gün 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzinə SOS siqnalı daxil olub.

Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb ediliblər. Fövqəladə Hallar Nazirliyinin "Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager", "Caspian Protechtor", "İslay" və "Jura" gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirib.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Tarix
2016.04.23 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla