Yuxarı

Məsuliyyətin ədalətli bölüşdürülməsinin tərəfdarıyıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məsuliyyətin ədalətli bölüşdürülməsinin tərəfdarıyıq

İtaliya iqlim maliyyələşdirilməsi məsələsində inkişaf etmiş və sürətlə inkişaf edən iqtisadiyyatlar arasında məsuliyyətin ədalətli bölüşdürülməsinin tərəfdarıdır.

Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Biz COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi ilə bağlı yeni hədəfin qəbul edilməsi üzərində işləyəcəyik. Biz kompromisə nail olmalıyıq. Bunun üçün inkişaf etmiş və sürətlə inkişaf edən iqtisadiyyatlar arasında məsuliyyəti ədalətli bölüşdürmək, fikir ayrılıqlarını aradan qaldırmaq lazımdır. İtaliya öz tərəfindən mümkün olan hər şeyi etməyə davam edəcək", - o bildirib.

Baş nazir məmnunluqla vurğulayıb ki, Azərbaycan COP29-un sədri kimi "Sülh üçün iqlim" təşəbbüsü üzərində işləyir. "Hər COP-da olduğu kimi, bunun uğurlu və ya uğursuz olacağını məhz biz müəyyən edirik. Vilyam Ceymsin dediyi kimi, gəlin elə hərəkət edək ki, bu, həqiqətən də vəziyyəti dəyişsin", - o C.Meloni qeyd edib.

Tarix
2024.11.13 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla