Yuxarı

Narkotik satan tiktokerin məhkəməsi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik satan tiktokerin məhkəməsi keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə polis əməkdaşı şahid kimi ifadə verib.

Hadisə vaxtı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsində təhqiqatçı işləmiş, hazırda Yasamal Rayon Polisi İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən şəxs ifadə verərək bildirib ki, Zeynəb Tapdıq qızı ən-Nəimi saxlanıldıqdan sonra onun həyat yoldaşının ərəb olduğu müəyyənləşib:

"Bütün prosessual hərəkətləri aparmışam, saxlanılan şəxsə hüquqları izah olunub. Evindən 77 ədəd metadon həbi götürülüb, ekspertizaya göndərilib".

Məhkəmə prosesi noyabrın 29-na kimi təxirə salınıb.

Onu da qeyd edək ki, Zeynəb ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, Zeynəb ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

Tarix
2024.11.15 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Davosda Andre Esteveslə görüşdü

Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi

Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir

FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto

Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

Bu şəxslər Azərbaycana ekstradisiya edildi

Ruttenin müavini Azərbaycana gəlir

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla