Yuxarı

Bakıda Təmiz Enerji Mərkəzi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Təmiz Enerji Mərkəzi açıldı

Bakıda COP29 çərçivəsində bu gün ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışı olub.

Axar.az xəbər verir ki, mərasim energetika naziri Pərviz Şahbazovun iştirakı ilə baş tutub.

O, mərkəzin regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqlim dəyişikliyi ilə mübarizəyə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

"Bu təşəbbüs strateji əhəmiyyət daşıyır və Azərbaycanın tərəfdaşları ilə əməkdaşlığını daha da gücləndirəcək, bərpa olunan enerji mənbələri üzrə səylərimizi dəstəkləyəcək. Məqsədimiz dayanıqlı enerji və bərpa olunan enerji mənbələrini inkişaf etdirməkdir", - P.Şahbazov bildirib.

O vurğulayıb ki, Azərbaycan “yaşıl dəhliz”lərin yaradılması ilə bağlı layihələrin həyata keçirilməsi üçün Qazaxıstan, Özbəkistan və digər ölkələrlə fəal əməkdaşlıq edir:

"Azərbaycan aşağı karbonlu iqtisadiyyatın inkişafı üzrə digər ölkələrlə əməkdaşlığa sadiqdir. Ümid edirik ki, bu mərkəz “yaşıl enerji” sahəsində təşəbbüslərimizi dəstəkləyəcək və əməkdaşlığımızı gücləndirəcək. Onun vasitəsilə regionda, o cümlədən iqlim dəyişikliyi üzrə tədqiqatlar aparılacaq".

Tarix
2024.11.15 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla