Yuxarı

Azərbaycan müdafiə xərclərini artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan müdafiə xərclərini artırır

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır.

Axar.az xəbər verir ki, dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib.

Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665,2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir.

Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.

Tarix
2024.11.18 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla