Yuxarı

Bakıda Paris Sazişinin bu bəndi razılaşdırıldı, ancaq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Paris Sazişinin bu bəndi razılaşdırıldı, ancaq...

Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.

Axar.az xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

"Bu, irəliyə atılmış addım olsa da, hələ problemlərimiz qalmaqdadır. Mənə deyirlər ki, bir çoxu danışıqların taleyindən narahatdırlar. İcazə verin deyim ki, mən də tərəflərin mövqeyinin yaxınlaşmamasından narahatam. Artıq bir qədər sürətli addımlar atılmasının vaxtıdır. Hesab edirəm ki, siyasətçilər bu məsuliyyəti üzərlərinə götürməlidir. Onlar razılaşmanı konstruktiv dialoq şəraitində əldə etməlidirlər. Braziliya və Böyük Britaniyanı da aparılan müzakirələrdə bizə dəstək verməyə çağırırıq. Biz Yeni Kollektiv Kəmiyyət Hədəfi sənədinin 25 səhifəsini müzakirə etmişik, amma hələ görüləcək işlər çoxdur. Ona görə də nazirləri əsas siyasi fikir ayrılıqları üzrə razılığa gəlməyə çağırırıq. Hazırda üç əsas məsələ üzrə müzakirələr davam etdirilir. Bunlar: yekun sənədin strukturu, həcmi və verəcəyi töhfələrlə bağlı məqamlardır. Bizim məqsədimiz razılaşmaya nail olmaqdır. Bu həftə ərzində G20 ölkələrinin növbəti sammiti başlayacaq. Onların iştirakı Paris Razılaşmasının bütün müddəaları üzrə konsensus əldə olunması mühüm önəm daşıyır".

Tarix
2024.11.18 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla