Yuxarı

COP29-da ilk bərpa olunan enerji hərracının qalibi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP29-da ilk bərpa olunan enerji hərracının qalibi...

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub.

Axar.az xəbər verir ki, hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib.

2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Energetika naziri Pərviz Şahbazov deyib ki, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə hərracın uğurla başa çatması Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühüm nailiyyətidir:

"Çinin “Universal International Holdings Limited” şirkətinin qalib gəlməsi, ölkəmizin yaşıl enerji layihələrinə beynəlxalq investorların artan marağını və inamını bir daha təsdiq edir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalq əməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobal iqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək".

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regional rəhbəri Alkis Vryenios Drakinos bildirib ki, Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bizim üçün böyük nailiyyətdir:

"AYİB olaraq, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik".

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.

Tarix
2024.11.21 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla