Yuxarı

Bu binaların təmirinə 1 milyona yaxın xərclənəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu binaların təmirinə 1 milyona yaxın xərclənəcək

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin giriş hissəsindən Yaşma yaşayış massivinədək və Ceyranbatan qəsəbəsinin son hissəsindən başlayaraq Sumqayıt şəhərinin girişinə qədər olan ərazisində yaşayış binalarının fasadları əsaslı təmir olunacaq.

Axar.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, Sumqayıt şəhərinin giriş hissəsindən Yaşma yaşayış massivinədək yerləşən yaşayış binalarının fasadlarının əsaslı təmiri işlərini SAFARİ MMC həyata keçirəcək. Sözügedən işlərin icrası üçün artıq qurumla şirkət arasında 809.999,86 AZN (809 min 999 manat 86 qəpik) dəyərində müqavilə bağlanılıb.

Qurum Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsinin son hissəsindən başlayaraq Sumqayıt şəhərinin girişinə qədər olan ərazisində yerləşən yaşayış binalarının fasadlarının əsaslı təmiri işlərini isə M-House Construction MMC-yə həvalə edib. Bunun üçün qurum sözügedən şirkətə 99.997,73 AZN (99 min 997 manat 73 qəpik) ödəyəcək.

Tarix
2024.11.21 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla