Yuxarı

Xaçmazda zəncirvari qəza: 1 ölü, 3 yaralı - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda zəncirvari qəza: 1 ölü, 3 yaralı - Adlar

15:31

Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Axar.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.

Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

Məlumata görə, 1958-ci il təvəllüdlü Fərhad Ağamurad oğlu Dəmirov, 1958-ci il təvəllüdlü Z.Əmirbəyova və 1991-ci il təvəllüdlü Z.Soltanova müxtəlif xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza nəticəsində birinci sinif şagirdi R.Vəliyev aldığı ağır bədən xəsarətlərindən ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tarix
2024.11.21 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla