Yuxarı

Xəstə heyvan verirlər, qapıdan girəndən üç gün sonra ölür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstə heyvan verirlər, qapıdan girəndən üç gün sonra ölür

Şəhid ailələri və veteranlara hansı güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin Fərmanı, icra hakimiyyətlərinin sərəncamları var.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə veteranlarının hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, onlar hüquqları barədə məlumatı ordan öyrənə bilərlər:

“Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək verirsən, ona bir illik zəmanət də ver. Heç olmasa, üç aylıq da onun yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

Eyni zamanda müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. 5 dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, şəhid ailələrinin imtiyazları barədə məlumatlar elektron sistemdə yerləşdirilib:

"Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı isə araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlar barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".

Tarix
2024.11.26 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla