Yuxarı

Vətəndaşları müqaviləsiz işlədən şirkət cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada vətəndaşları müqaviləsiz işlədən şirkət və rəhbəri ümumilikdə 27 min manat cərmələnib.

Bu barədə Axar.az-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, "İnşaatçı-FA" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxsin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 6 şəxsin rayon ərazisində internet dirəklərinin basdırılması işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 24 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Fərid Ağayev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə göndərilib və F.Ağayev müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

Tarix
2024.11.27 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-nin keçmiş sədri vəfat etdi

Azərbaycan istehsalı olan maşını vurduq - Rusiya MN-dən şok

Əhmədzadənin arxasında kim dayanır?

İlham Əliyevdən Ruanda lideri ilə görüşünə dair - Video

Gevorq Papoyan Zəngəzur dəhlizi üçün ABŞ-a gedir

Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı

Adnan Əhmədzadə harada və necə həbs edilib?

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu

Prezidentlərin təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla