Yuxarı

70 kq qızılla saxlanan diplomat... - DTX şok detalları açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
70 kq qızılla saxlanan diplomat... -

Xəbər verdiyimiz kimi, İstanbulda 70 kq qızılla saxlanan, daha sonra isə Bakıya çağırılaraq, həbs edilən Qəhrəman Məmmədovla bağlı Dövlət Təhlükəsizliyi Xidməti xüsusi məqamları açıqlayıb.

Axar.az xəbər verir ki, DTX-nin yaydığı məlumata əsasən, Qəhrəman Məmmədov bundan öncə mediada iddia edildiyi kimi, Ərəbistanda hərbi attaşedə çalışan şəxs yox, məhz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenantdır. O, diplomatik pasportundan istifadə edərək, BƏƏ-dən gətirilərək, İstanbul hava limanında gömrükdənkənar saxlanca qızılları ölkəyə daxil etmək üçün Türkiyəyə gəlib.

Həmçinin bəlli olub ki, 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələrdən başqa sözügedən saxlanc yerində əlavə 14 kq da qızıl olub. Çox güman ki, növbəti mərhələdə onun gömrük nəzarətindən kənar keçirilməsi də gündəmdə imiş.

Daha bir məqam isə bu işdə daha bir Azərbaycan vətəndaşının - Anar Əli oğlu Qasımovun iştirakıdır. Q.Məmmədov qızılları A.Qasımova çatdırmalı imiş.

Q.Məmmədov diplomatik toxunulmazlığa sahib olduğu üçün ölkəmizə çağırılıb və həbs edilib, Anar Qasımovu isə Türkiyədə cinayət məsuliyyətinə cəlb edilib.

Tarix
2024.11.29 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla