Yuxarı

AAYDA yol çəkərkən evi uçurtdu: zərəri qarşılayacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AAYDA yol çəkərkən evi uçurtdu: zərəri qarşılayacaq?

İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sözügedən evin sahibinə kompensasiya ödəniləcəyini bildirib.

"Obyekt tikinti altına düşüb və sökülməsi nəzərdə tutulub. Buna görə obyekt sahibinə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiyanın ödənilməsi təmin olunacaq.

Onu da bildirim ki, artıq obyekt sahibi ilə söhbət aparılıb və kompensasiya məbləği barədə məlumat verilib", - deyə A.Nəcəfli deyib.

Qeyd edək ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.

Tarix
2024.11.30 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla