Yuxarı

Sumqayıtda binada güclü partlayış: 6 nəfər... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

07:31

Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisindəki yaşayış binalarının birində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.

***

Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.

***

Sumqayıt şəhərində yaşayış binasında baş vermiş partlayışda azı üç nəfər yaralanıb, bir nəfərin dağıntılar altında qaldığı güman edilir.

Report xəbər verir ki, yaralılar xəstəxanaya aparılıblar.

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub:

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.

***

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.

Bildirilib ki, hadisədə 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

***

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.

Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.

***

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.

Tarix
2024.12.03 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizini unudun... - Simonyan

Peskov Azərbaycana təşəkkür etdi

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı

Daha bir general öldü: İsrail onu da aradan götürsə...

İranın sağlam qüvvələri hərəkətə keçməlidir - Zülfüqarov

Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla