Yuxarı

Süd məhsulları bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süd məhsulları bahalaşdı - Video

Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar artım var.

Məsələn, Bakının "8-ci kilometr" bazarına hər bölgədən məhsul gətirilir. Bura ən ucuzluq olan yer kimi tanınsa da, süd məhsullarının bahalaşdığı bildirilir.

Satıcılar deyirlər ki, bəzi məhsullarda 30-50 qəpik arası qiymət artımı var.

Alıcılar isə artım olsa da, bazardan məhsul almağın mağaza və marketlərdən ucuz başa gəldiyi qənaətindədirlər.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yerli süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır. Digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır.

Xalid Kərimli qeyd edib ki, Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə, son 12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.

Axar.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edir:

Tarix
2024.12.04 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Trampla Qafqazdan danışdı

Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Arakçı

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla