Yuxarı

İsa Məsih açıq dərili, uzun saçlı olmayıb – Yeni təsvir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsa Məsih açıq dərili, uzun saçlı olmayıb – Yeni təsvir

Xristianlar əsrlər boyu İsa Məsihi açıq dərili, uzun saçlı, saqqallı və geniş geyimdə təsvir ediblər. Lakin mütəxəssislər və alimlər hesab edirlər ki, əslində İsa tanıdığımız bu obrazdan tamamilə fərqli görünürdü.

Axar.az xəbər verir ki, bunu “Deyli Meyl” nəşri yazıb.

Nəşrin araşdırmasına görə, İsanın həqiqi portretini təsvir etməyə müəyyən ipucları kömək edə bilər:

“Qədim dünya tarixi üzrə mütəxəssislər düşünürlər ki, İsanın həqiqi portreti qəbul edilmiş kanonlarla uyğun gəlmir. Tarixçilər və teoloqlar əmindirlər ki, İncil mətnlərində və arxeoloqların məlumatlarında xristianların əsas simvolunun təxmini portretini yaratmağa imkan verən ipucları var.

Alimlər razılaşırlar ki, İsa yəhudi xalqına mənsub olub və çox güman ki, qədim arami dilində danışıb. Buna görə də onun açıq rəngli gözləri, uzun saç və saqqalı olmayıb. Əksinə, tünd rəngli gözləri, orta uzunluqda dalğalı saçları, səliqəli saqqalı olduğu ehtimal edilir”.

İsanın geyimi də teoloqlar və dindarlar arasında mübahisə mövzusudur. Əksər xristianlar onu geniş və açıq rəngli geyimlərdə, ipək sandallarla təsvir edirlər. Lakin London Kral Kollecindən professor Coan Teylor hesab edir ki, İsanın dülgər ailəsindən gəldiyini nəzərə alsaq, o, daha praktik geyimlərdən istifadə edərdi.

Mütəxəssislər İsanın fiziki göstəricilərini də qeyd edirlər. Şeffild Universitetində Bibliya və dini fənlər üzrə dərs deyən doktor Meredit Uorren əmindir ki, dülgərlik işləri ilə məşğul olmaq, eləcə də digər ağır fiziki işlər onun bədənini möhkəmləndirmişdi.

Nəşr əlavə edir ki, Bibliyada İsanın dəqiq təsvirinə dair heç bir məlumat yoxdur. Beləliklə, tarixin gedişində xristianların əsas simvolunun ümumi qəbul edilmiş portreti dəyişmişdir. Uzun saçlı, uzun saqqallı və geniş geyimdə kişi obrazı Orta əsrlər və İntibah dövrlərində, xüsusilə də ikonayazma dövründən Leonardo da Vinçinin əsərlərinə qədər möhkəm yer tutmağa başlayıb.

Tarix
2024.12.04 / 01:56
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla