Yuxarı

FHN əhaliyə müraciət etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində bildirilib.

Qeyd edilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;

- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;

- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;

- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;

- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;

- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;

- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;

- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;

- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.

Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng vurun!

Tarix
2024.12.09 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla