Yuxarı

Bayramov Türkiyəyə başsağlığı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İsparta şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.

"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik", - o bildirib.

Qeyd edək ki, Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində altı nəfər həlak olub. Helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

Tarix
2024.12.09 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla