Yuxarı

İmişli Şəkər Zavoduna media tur təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişli Şəkər Zavoduna media tur təşkil edildi

Ölkənin aparıcı media nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan İmişli Şəkər Zavoduna media tur keçirilib.

Axar.az xəbər verir ki, müəssisəni ziyarət edən jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin rəsmisi Məhəmməd Abışov qarşılayaraq, onlara müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib.

Mütəxəssis bildirib ki, 2024-ci ildə şəkər çuğunduru əkinçiliyi sahəsində 24 rayon 94 kənd üzrə 216 mülkiyyətçi ilə müqavilə bağlayaraq, bölgələrdə 7,374.02 hektar sahədə şəkər çuğunduru əkinin həyata keçirilməsi təmin olunub.

Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısının alınmasına mühüm töhfə verilir.

İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur.

Zavodun Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşıladığı, həmçinin ixrac olunduğu da bildirilib.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən zavod “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında mühüm rol oynayır.

Tarix
2024.12.10 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla