Yuxarı

Turab Rzayevin pulunu alıb, sonra buraxdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turab Rzayevin pulunu alıb, sonra buraxdılar

Hindistan gömrüyündə saxlanılan politoloq Turab Rzayev Bakıya qayıda bilib.

Bu barədə Axar.az-a politoloq özü məlumat verib.

O bildirib ki, üzərindəki bütün pul müsadirə olunduqdan buraxılıb:

“Saxlanılmağım üçün heç bir əsas yox idi. Əsas məsələ pulun müsadirə olunmasıydı. Üzərimdə 7 nəfərin xərci üçün nəzərdə tutulan 12 min dollar həcmində məbləği məndən aldılar - yeni bilet almağım, oteldə qalmağım üçün bir qəpik də saxlamadılar. Məcbur qalıb, Bakı ilə əlaqə saxladıb, buradan bilet aldırdım. Mənə telefon və internet əlaqəsi belə yaratmırdılar”.

O, saxlanılmasında Azərbaycana qarşı qərəzli münasibəti olan şəxslərin rolu olduğunu bildirib:

“Əvvəlcə, gömrük kəşfiyyatı saxlamışdı. Onlar rüşvət istəyirdilər. Daha sonra iş gömrüyün özünə yönləndirildi. Gömrüyün şöbə müdirləri mənim yanımda rəislərinə müraciət etdilər ki, burax, getsin. Ancaq gömrükdə müavin vəzifəsində çalışan şəxs qatı millətçi, antiazərbaycan mövqeyində idi və saxlanılmağıma israr elədi. Konsulluq, mən özüm onunla görüşsəm də, o, buraxılmamağım üçün qəti mövqe sərgilədi. Halbuki bütün gömrük işçiləri qanun pozuntusu olmadığını, buraxılmalı olduğumu tələb edirdilər. Mən saxlanılanda gömrük işçiləri belə etiraf elədilər ki, bir sən deyilsən, Azərbaycandan gələnlərin əksəriyyəti qərəzli şəkildə bu münasibətlə qarşılaşır. Hava limanında azərbaycanlı sərnişinlərə qarşı bu kimi vəziyyətlərdən qəsdən sui-istifadə edilir, onlar incidilirlər”.

Tarix
2024.12.10 / 15:20
Müəllif
Aytac Araz
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla