Yuxarı

Messi: Azərbaycanın zəngin mədəniyyəti ilə tanış oldum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messi: Azərbaycanın zəngin mədəniyyəti ilə tanış oldum

14:42

Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundakı komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında fanatları ilə görüşüblər.

Axar.az xəbər verir ki, azarkeşlərin dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə “Natiq” ritm qrupunun çıxışı olub.

Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) konsert proqramını təqdim edib.

Dünya çempionu, 8 dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayişindən sonra isə Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba səhnəyə çıxıblar.

Messi görüşün təşkilinə görə təşəkkür edib:

"Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım. Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm. Çox sağ olun”.

Daha sonra futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.

Ulduz futbolçular imzalı topları auditoriyaya atıblar. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib.

Minlərlə fanatın qatıldığı tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları da dəvət olunub.

Tarix
2024.12.11 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla