Yuxarı

Xankəndidə Heydər Əliyevin anım günü keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Xankəndidə də anılıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Universitetinin əməkdaşları, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, idarə və təşkilatların rəhbərləri, Xankəndi və Xocalı sakinləri iştirak ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib.

E.Yusubov Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illiyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb. Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətində dediyi “Mən İlham Əliyevə özüm qədər inanıram” sözlərini xatırladan xüsusi nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu inamı doğrultdu. Xankəndi, Xocalı, Ağdərə və digər yaşayış məntəqələrimiz işğaldan azad edildi. Bu gün təkcə Qarabağ deyil, Şərqi Zəngəzur da azaddır. Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi.

Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin Azərbaycanın dövlətçilik tarixində müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.

Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı dediyi fikirləri əks etdirən çıxışına dair videoçarx izləyiblər.

Tarix
2024.12.12 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

Prezidentin yanındakı kiçik qız danışdı: Onu çox sevdim - Video

Bakı ilə razılığa gəlmişik - Paşinyan

Tatardan Azərbaycanla bağlı mühüm sözlər...

Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı… - ABŞ

Əli Nağıyev Zəfər parkını ziyarət etdi

BMT-də Azərbaycanın itkin şəxsləri ilə bağlı çağırış...

Senatorlar Şuşa və Xankəndidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla