Yuxarı

Rafael Hüseynov bu mükafatın qalibi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafael Hüseynov bu mükafatın qalibi oldu

Milli Məclisin sədr müavini Rafael Hüseynov “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.

Axar.az xəbər verir ki, bu barədə Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

O qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Milli Məclisin sədr mavini Rafael Hüseynov olub.

A.Hüseynli bildirib ki, Rafael Hüseynov milli ziyalı olaraq bütün fəaliyyəti ilə hər zaman dövlətimizə xidmət edib:

“Ümumilikdə Komissiya üzvləri tərəfindən 8 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikrilə Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov qalib elan olundu”.

A.Hüseynli deyib ki, Rafael Hüseynov həm jurnalist, yazıçı, alim, həm də millət vəkili kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib:

“O, ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda da hər zaman Azərbaycan davasını edib. Bu baxımdan o, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib.

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.

Tarix
2024.12.13 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla