Yuxarı

3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yelo Bank"ın Bərdə filialının mütəxəssisi Müşfiq Əkbər və onun tanışı Cavanşir Əsədovun məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iclasda cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsini, işin məhkəmə baxışında araşdırılmasına etraz etməyiblər. Hakimlər işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediliblər.

Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, "Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Bankın Bərdə filialının mütəxəssisi Müşfiq Şükür oğlu Əkbər 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

O, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirilməasində ittiham olunur.

Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cavanşir Əsədov ilə əlbir olduğu qeyd edilib.

Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Tarix
2024.12.13 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin Azərbaycanla bağlı ən böyük arzusu... - Gülər

Bakının bu addımını yüksək qiymətləndiririk - Kondratiuk

Hikmət Hacıyev Altun və Kılıçla görüşdü

Türkiyəyə yaxın olan İxvan Suriyanı ələ keçirir - Video

Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev

İndoneziya və Səudiyyəyə səfər: Prezident təsdiqlədi

İrandakı səfirliyimizin konsulluq şöbəsi fəaliyyətini bərpa etdi

Hərbi xidmətə çağırış: möhlət verilməsi qaydası...

Blinkenin təcili səfəri: ABŞ Ərdoğandan nə istəyir?

Diplomatik xidmətdə yaş həddi olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla