Yuxarı

Xaricə gedən azərbaycanlıların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin noyabr ayında xarici ölkələrə 182,5 min nəfər Azərbaycan vətəndaşı gedib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitənin açıqladığı məlumatlardan belə görünür ki, noyabr ayında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı oktyabr ayı ilə müqayisədə 13,2 min nəfər və ya 7,8% artıb.

Müqayisə üçün bu il xaricə gedən Azərbaycan vətəndaşlarının aylar üzrə sayını təqdim edirik:

Yanvar – 147,7 min nəfər;

Fevral – 148,8 min nəfər;

Mart – 175,8 min nəfər;

Aprel – 165,9 min nəfər;

May – 169,9 min nəfər;

İyun – 187,1 min nəfər;

İyul – 227,8 min nəfər;

Avqust – 235,6 min nəfər;

Sentyabr – 188,5 min nəfər;

Oktyabr – 169,3 min nəfər;

Noyabr – 182,5 min nəfər.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 998,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 41,4%-i Türkiyəyə, 20,6%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,6%-i İrana, 20,7%-i digər ölkələrə səfər ediblər.

Tarix
2024.12.13 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin Azərbaycanla bağlı ən böyük arzusu... - Gülər

Bakının bu addımını yüksək qiymətləndiririk - Kondratiuk

Hikmət Hacıyev Altun və Kılıçla görüşdü

Türkiyəyə yaxın olan İxvan Suriyanı ələ keçirir - Video

Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev

İndoneziya və Səudiyyəyə səfər: Prezident təsdiqlədi

İrandakı səfirliyimizin konsulluq şöbəsi fəaliyyətini bərpa etdi

Hərbi xidmətə çağırış: möhlət verilməsi qaydası...

Blinkenin təcili səfəri: ABŞ Ərdoğandan nə istəyir?

Diplomatik xidmətdə yaş həddi olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla