Yuxarı

Minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirdik.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbirdə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu deyib.

Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb.

“Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”, “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçün zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən 866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib”, - AMZA sədri, layihə rəhbəri deyib.

Tarix
2024.12.14 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Nazir işdən çıxarılan rəisə yeni vəzifə verdi

Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Mənim məlumatına görə, İlham Əliyevin reytinqi… - Kolerov

Bakıya hüquqi əsas verirsiniz, Zəngəzuru ala bilər – Rus ekspert

Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?

15 gün sonra Tiflisdə ağrılı proses olacaq

Azərbaycan hərəkətə keçəndə bizi günahlandırdılar

Türkiyənin Azərbaycanla bağlı ən böyük arzusu... - Gülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla